Geyim və ayaqqabı mağazası
Eyni model, on fərqli ölçü və rəng. Hər birinin öz qalığı, öz barkodu, öz satış tarixçəsi — dəftərdə bunu aparmaq mümkün deyil.
- Bank kartı istəmirik
- Qeydiyyat 2 dəqiqə çəkir
- Pulsuz tarif müddətsizdir
Ölçü və rəng ayrıca izlənir
Bir məhsul kartı altında variantlar: 38/qara, 40/ağ. Qalıq hər variant üzrə ayrıdır, ona görə «bu ölçüdən neçə qaldı» sualının dəqiq cavabı olur.
Barkod hər variantda
Hər variantın öz barkodu olur; kassada skan edəndə düz ölçü düşür, kassir siyahıdan seçmir.
Nə satılmır — görünür
Hesabatlarda ən çox və ən az satılan mövqelər ayrıca çıxır. Qalan ölçüləri vaxtında endirimə qoymaq olur.
Kolleksiya və mövsüm endirimi
Kampaniya bir kateqoriyaya və ya seçilmiş məhsullara tətbiq olunur, kassada özü hesablanır.
Qaytarma və dəyişdirmə
Çekə görə tam və ya qismən qaytarma; qalıq geri qayıdır, tarixçədə kim etdiyi yazılır.
Filiallararası köçürmə
Bir filialda qurtaran ölçünü digərindən köçürürsən — qalıq hər iki tərəfdə eyni anda dəyişir.
Bu sahədə ən çox işlənən modullar
Tez-tez verilən suallar
Eyni köynəyin beş ölçüsünü beş ayrı məhsul kimi yazmalıyam?
Xeyr. Bir məhsul kartı açırsan, altına ölçü və rəng variantlarını əlavə edirsən. Qalıq hər variantda ayrıdır, hesabat isə həm variant, həm də model üzrə çıxır.
Malın üstündə barkod yoxdursa nə edim?
Sistem hər variant üçün barkod yaradır, sən də etiketi çap edib məhsulun üstünə yapışdırırsan. Etiket şablonu proqramın içindədir.
Müştəri ölçünü dəyişmək istəsə?
Çekə görə qismən qaytarma edirsən: köhnə ölçü qalığa qayıdır, yenisi satılır. Kimin etdiyi tarixçədə qalır.
Sualın burada yoxdur? WhatsApp-dan yaz və ya +994 55 325 88 55 nömrəsinə zəng et.
Bu gün pulsuz başla
Bank kartı istəmirik. Qeydiyyat 2 dəqiqədir, bütün modullar ilk gündən açıqdır.
Digər sahələr
Hamısına bax →Telefon və elektronika
Elektronikada məhsul yox, konkret cihaz satılır. Hansı IMEI kimə getdi, zəmanəti nə vaxt bitir — bu suallar aylar sonra qayıdır.
Market və ərzaq
Markette çek sayı çoxdur, hər saniyə görünür. Kassa sürətli olmalı, SKT isə gözdən qaçmamalıdır.
Aptek
Aptekdə səhvin qiyməti başqadır. Reçeptli dərman nəzarətsiz satılmamalı, vaxtı keçmiş qutu piştaxtaya çıxmamalıdır.
Hədiyyə və suvenir
Hədiyyə mağazasında iki şey fərqlidir: hədiyyə kartı və hazır dəstlər. Adi kassa proqramı ikisini də bacarmır.
Həllər siyahısının hamısı bu səhifədədir.