Mağazanı bir ekrandan idarə et
Bu gün nə qədər satıldı, rəfdə nə qaldı, kim nə qədər borcludur — üç sual, bir ekran. Brauzerdə açılır: nə quraşdırma var, nə də lisenziya.
Sənin sahənə hazır gəlir
Hər sahənin öz həlli var: aptekə reçept, geyimə ölçü və rəng, telefona IMEI. Hansı sahədə işlədiyini bizə deyirsən, qurulmanı biz edirik.
Geyim və ayaqqabı
Eyni model, fərqli ölçü və rəng — hər biri ayrıca qalıqla izlənir.
Ətraflı →Telefon və elektronika
Hər cihaz öz IMEI-si ilə: kimə satıldı, zəmanəti nə vaxt bitir.
Ətraflı →Market və ərzaq
Sürətli kassa, çəki ilə satış və son istifadə tarixinə nəzarət.
Ətraflı →Aptek
Reçept nəzarəti, aktiv maddə üzrə axtarış, partiya və əvəzedicilər.
Ətraflı →Hədiyyə və suvenir
Hədiyyə kartı satışı və hazır komplektlər — biri kimi satılır.
Ətraflı →Sənin sahən burada yoxdur?
Bizə müraciət et. Sahəni necə işlətdiyini danışırsan — ona uyğun həlli hazırlayıb qısa müddətdə təhvil veririk.
Mağazanın bütün işi burada
Kassa ayrı, anbar ayrı proqramda deyil. Doqquz modulun hamısı hər tarifdə açıqdır — pulsuzda da.
Kassa
Barkod skaneri, qarışıq ödəniş (nağd + kart + nisyə), endirim, qaytarma, oflayn rejim.
Ətraflı →Məhsullar
Kateqoriyalar, şəkillər, ölçü/rəng variantları, IMEI, qutu/ədəd, etiket çapı.
Ətraflı →Anbar
Qalıqlar, minimum həddi, filiallararası köçürmə, inventarizasiya və SKT.
Ətraflı →Növbə
Növbənin açılışı və bağlanışı, kassa sayımı, inkassasiya, ara və yekun hesabat.
Ətraflı →Maliyyə
Gəlir və xərc kateqoriyaları, mənfəət hesabı, ödəniş üsulları üzrə bölgü.
Ətraflı →Müştərilər
Müştəri bazası, nisyə və borc limiti, bonus proqramı, topdan qiymət siyahıları.
Ətraflı →Təchizat
Təchizatçılar, mal qəbulu, təchizatçı borcu, geri qaytarma, maya tarixçəsi.
Ətraflı →Hesabatlar
Mənfəət və zərər, satış dinamikası, kassir performansı — Excel-ə ixrac.
Ətraflı →İdarəetmə
İşçi hesabları, hər işçiyə ayrıca menyu səlahiyyəti, əməliyyat tarixçəsi.
Ətraflı →Ən çox pul itirilən üç yer
Mağazada pul adətən oğurlanmır — sadəcə hesabsız qalır.
Növbə bağlananda fərq özü görünür
Kassir kassadakı nağdı sayır, sistem gözlənilən məbləği özü hesablayır. Fərq varsa — hansı çeklərdə, kimin növbəsində olduğu yanındaca yazılır.
- Açılış məbləği, satış, inkassasiya — ayrıca
- Üstü qaytarılan pul nağd gəlirdən çıxılır
- Ara (X) və yekun (Z) hesabat çap olunur
14:32 — 000318 nömrəli çekdə 12,50 ₼ endirim verilib (Kassir: Nərmin)
Nisyə dəftərdən sistemə keçir
Hər müştərinin borcu, limiti və ödəniş tarixçəsi bir yerdə. Limitini keçən müştəriyə kassa özü xəbərdarlıq edir — kassir qərar verməli qalmır.
- Borc limiti və vaxtı keçmiş ödənişlər
- Taksitlə satış və ödəniş qrafiki
- Ödəniş qəbulu birbaşa kassadan
Hər əməliyyatın sahibi var
Endirim, çek ləğvi, qiymət dəyişikliyi, qalıq düzəlişi — kim etdi, nə vaxt etdi. Silinmir və dəyişdirilmir.
- Hər işçiyə yalnız lazım olan menyular
- Endirim səlahiyyəti ayrıca idarə olunur
- Filiala bağlı işçi yalnız öz filialını görür
Ekranlar necə görünür
Nə vəd etdiyimizi göstərək. Üç ekran — satış, kassa və anbar; hansı sənin işinə yaxındırsa ona bax.
| Çek № | Müştəri | Ödəniş | Yekun | Status |
|---|---|---|---|---|
| 000442 | Aygün Məmmədova | Nağd | ₼ 84,00 | Tamamlanıb |
| 000441 | Elçin Rəhimov | Nağd + Kart | ₼ 240,00 | Tamamlanıb |
| 000440 | — | Kart | ₼ 18,60 | Tamamlanıb |
| 000439 | Nurlan Quliyev | Nisyə | ₼ 600,00 | Borc ₼ 500,00 |
| 000438 | Səbinə Abbasova | Nağd | ₼ 45,00 | Ləğv edilib |
«Ödəniş» sütununda hər çekin nağd, kart və ya nisyə olduğu görünür; nisyədə qalan borc yanındaca yazılır.
Dəftərlə fərqi nədir?
- Cəmi özün çıxarırsan — bir sətir səhv düşür, ay sonu tapmırsan
- Fayl kiminsə kompüterində qalır; o kompüter sınsa hər şey gedir
- Rəfdə nə qaldığını bilmək üçün gedib saymaq lazımdır
- Ayın mənfəətini hesablamaq bir günlük işdir
- Endirimi kim verdi, çeki kim ləğv etdi — soruşmaqdan başqa yol yoxdur
- Mağazadan çıxanda nəzarət də qapıda qalır
- Cəm hər çekdə özü çıxır, maya dəyəri ilə birlikdə
- Məlumat serverdədir və hər gecə arxivlənir
- Qalıq hər satışdan sonra dəyişir — saymağa ehtiyac yoxdur
- Mənfəət rəqəmi həmişə hazırdır, ayın ortasında da
- Hər əməliyyatın altında kimin adı və saat yazılır
- Evdən telefonla açıb günün necə getdiyinə baxırsan
Qeydiyyatdan ilk çekə qədər
Dörd addım, çay içimi qədər vaxt. Nə server qurmalısan, nə də kimisə çağırmalı.
Hesab aç
Email və şifrə kifayətdir. Bank kartı soruşmuruq.
Nə satdığını de
Geyim, market, aptek… Seçdiyin sahəyə görə sistem özünü qurur — aptekə reçept, geyimə ölçü açılır.
Bazanı köçür
Məhsulları bir-bir yaz və ya mövcud Excel faylını olduğu kimi at.
Növbəni aç
İlk çeki kəs. Qalıq və mənfəət həmin andan hesablanmağa başlayır.
Mağazanı kimə tapşırırsan?
Bunlar vəd deyil — sistemin necə qurulduğudur. İstənilən birini bizdən soruş, göstərək.
Hər mağaza ayrıca izolyasiya olunub
Bölgü tətbiq kodunda deyil, bazanın öz səviyyəsindədir. Bir mağazanın hesabı digərinin sətrini heç bir halda görə bilmir.
Hər gecə ehtiyat nüsxə
Baza hər gecə avtomatik arxivlənir və son 14 gün saxlanılır. Səhv silinən məlumat geri qaytarıla bilər.
İnternet kəsiləndə kassa dayanmır
Çeklər cihazda növbəyə düşür, əlaqə qayıdanda özü sinxronlaşır. Satış itmir.
Tarixçə dəyişdirilmir
Endirim, ləğv, qiymət düzəlişi — kim və nə vaxt etdiyi yazılır. Sətir sonradan redaktə oluna bilmir.
Məlumat sənindir
Məhsul bazasını, satışları və hesabatları istənilən vaxt Excel-ə çıxarırsan. Sistemə kilidlənmirsən.
Üç dildə
Azərbaycan, rus və ingilis. Hər işçi öz dilini seçir — mağaza bir hesabda qalır.
Kimə uyğun deyil
Pulu almazdan əvvəl deyirik: bunlar bizdə yoxdur. Səhv seçim hər iki tərəf üçün itkidir.
Restoran, kafe, fast-food
Masa, mətbəx və sifariş axını yoxdur.
İstehsalat
Resept, texnoloji xəritə və istehsal sifarişi yoxdur.
Salon və servis
Vaxt cədvəli və usta üzrə uçot yoxdur.
Onlayn mağaza inteqrasiyası
Qalıq saytla avtomatik uyğunlaşmır — hələ əl ilədir.
Sahən bunlardandırsa yenə yaz — WhatsApp-dan bir cümlə kifayətdir. Nə vaxt hazır olacağını dəqiq deyirik; hazır deyilsə «hazırdır» deməyəcəyik.
Nə qədərdir?
Rəqəmlər aşağıdadır — danışıq da yoxdur, gizli sətir də. Pulsuzdan başlayırsan, mağaza böyüyəndə tarifi dəyişirsən, istədiyin vaxt dayandırırsan.
Sınamaq və kiçik dükan üçün
- 50 məhsul
- 1 filial
- 1 istifadəçi
- Bütün modullar
Bir mağaza, bir neçə işçi
- 2 000 məhsul
- 1 filial
- 3 istifadəçi
- Bütün modullar
- Excel idxal / ixrac
Böyüyən biznes
- Limitsiz məhsul
- 2 filial
- 8 istifadəçi
- Bütün modullar
- Prioritet dəstək
Şəbəkə və çox filial
- Limitsiz məhsul
- Limitsiz filial
- Limitsiz istifadəçi
- Bütün modullar
- Fərdi qurulma dəstəyi
Bütün tariflərdə bütün modullar açıqdır — fərq yalnız həcmdədir. Qurulmada və məlumat köçürməsində kömək hər tarifə daxildir.
Tez-tez soruşulanlar
Cavabı burada tapmasan — WhatsApp-dan yaz, elə özüm cavablayıram.
Yoxdur. Kart məlumatı istəmirik və müddət qoymuruq. Məhdudiyyət sadəcə həcmdədir: 50 məhsul, bir filial, bir istifadəçi. Modulların hamısı açıqdır — yəni pulsuz tarifdə də anbar, nisyə və hesabatlar işləyir. Mağaza böyüyəndə tarifi dəyişirsən.
Xeyr. ERPway brauzerdə işləyir — mağazadakı kompüter, noutbuk və ya planşet kifayətdir. Barkod skaneri və çek printeri məcburi deyil, amma işi sürətləndirir; adi USB modellərlə işləyir.
Xeyr. Kassa internet kəsiləndə də satışa davam edir — çeklər cihazda növbəyə düşür və əlaqə bərpa olunan kimi özü sinxronlaşır.
Bəli. Excel və ya CSV faylını olduğu kimi idxal edirsən — ad, barkod, qiymət, qalıq. Şablon faylı sistemin içindən yüklənir, sütunları özü tanıyır.
Yox — sən qərar verirsən. Hər işçiyə ayrıca menyu səlahiyyəti verilir: kassir yalnız kassanı və satışları görür, hesabatlar və maya dəyəri bağlı qalır. İstədiyin bölməni bir açarla açıb-bağlayırsan.
Hər mağazanın məlumatı bazada ayrıca izolyasiya olunub — bir mağazanın hesabı digərinin sətirlərini heç bir halda görə bilmir. Sistemdəki hər əməliyyat kim və nə vaxt etdiyi ilə tarixçəyə yazılır.
Yazırsan — WhatsApp, telefon və ya email. Qurulmada, məlumat köçürməsində və işçi təlimində kömək edirik; bu, heç bir tarifdə əlavə ödəniş deyil.
İlk çekini bu gün kəs
Hesab açmaq iki dəqiqədir, kart lazım deyil. Bəyənməsən qapadırsan — nə ödəniş qalır, nə öhdəlik.