Həll

Aptek

Aptekdə səhvin qiyməti başqadır. Reçeptli dərman nəzarətsiz satılmamalı, vaxtı keçmiş qutu piştaxtaya çıxmamalıdır.

Reçept nəzarəti

Reçeptli kimi işarələnmiş dərman reçept nömrəsi yazılmadan satıla bilmir — sistem satışı dayandırır və hansı dərmanın səbəb olduğunu göstərir.

Aktiv maddə (INN) ilə axtarış

Brend adını bilmədən molekulla axtarırsan; həmin maddənin bütün brendləri çıxır.

Əvəzedici təklifi

Yazılan dərman qurtaranda eyni aktiv maddəli məhsullar göstərilir — rəfdə olanlar birinci, sonra ucuzdan bahaya.

Partiya və SKT

Hər partiyanın öz nömrəsi və son istifadə tarixi var; geri çağırış olanda həmin partiya tapılır.

GS1 DataMatrix skanı

Qutunun üzərindəki kvadrat koddan məhsul, partiya və SKT bir skanla oxunur.

Adi barkod da işləyir

Köhnə barkodlu məhsullar üçün heç nə dəyişmir — hər iki üsul yan-yana işləyir.

Bu sahədə ən çox işlənən modullar

Tez-tez verilən suallar

Kassir reçeptli dərmanı reçeptsiz sata bilər?

Xeyr. Məhsul reçeptli işarələnibsə, kassa reçept nömrəsi yazılmadan çeki bağlamır və hansı dərmanın səbəb olduğunu göstərir.

Yazılan dərman rəfdə yoxdursa?

Eyni aktiv maddəli məhsullar göstərilir — rəfdə olanlar birinci, sonra ucuzdan bahaya. Seçim yenə əczaçınındır.

Qutunun üstündəki kvadrat kod oxunur?

Bəli, GS1 DataMatrix. Bir skanla məhsul, partiya nömrəsi və son istifadə tarixi birlikdə düşür.

Sualın burada yoxdur? WhatsApp-dan yaz və ya +994 55 325 88 55 nömrəsinə zəng et.

Bu gün pulsuz başla

Bank kartı istəmirik. Qeydiyyat 2 dəqiqədir, bütün modullar ilk gündən açıqdır.

Digər sahələr

Hamısına bax →

Həllər siyahısının hamısı bu səhifədədir.